-
Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri iyulun 23-də razılaşıblar ki, Ukraynanın şərqindən ağır silahların çıxarılması sürətləndirilsin və gələn həftə yerli seçkilərin keçirilməsini müzakirə etsinlər.
Bütün Ukraynada yerli seçkilər üçün bir tarixin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb, Fransa prezidenti Francois Hollande-nın ofisinin iki saatlıq telefon söhbətindən sonra yaydığı bəyanatda belə deyilir.
Mərkəzsizləşdirmə və seçkilər barədə telefon danışıqları bir də iyulun 28-də baş tutacaq.
Ukrayna və separatçılar bu həftənin əvvəlində razılaşıblar ki, ağır artilleriyadan əlavə tanklar və kiçik silahlar da münaqişə zonasından çıxarılmalıdır.