-
Amnesty International bu ilin əvvəlindən İranda edamların “misli görünməmiş səviyyədə artması” barədə xəbərdarlıq edib. Londonda yerləşən insan haqları qrupu iyulun 23-də bildirib ki, yanvarın 1-dən iyulun 15-dək 694 nəfərin edam olunduğu güman olunur. Bu, rəsmi rəqəmdən 3 dəfə çoxdur.
Amnesty etibarlı mənbələrə əsasən bildirir ki, ötən il İranda azı 743 nəfər edam olunub. Qurum ölüm hökmlərinin “tamamilə qeyri-müstəqil və qərəzli” məhkəmələr tərəfindən çıxarıldığını bəyan edir.
“Ölüm hökmləri ya anlaşılmaz sözlərlə ifadə olunan, ya da heç cinayət tərkibi olmayana pozuntulara görə verilir,” bəyanatda deyilir.