Lukashenko Rasizadəyə orden verdi

Alyaksandr Lukashenka

Belarus prezidenti Aleksandr lukaşenko iyulun 23-də Azərbaycanın baş naziri Artur Rasizədəyə “Dostluq” ordeni verib.

Bu barədə BELTA agentliyi məlumat yayıb.

Lukaşenko bildirib ki, bu mükafat Artur Rasizadəyə ikitərəfli münasibətlərin inkişafındakı roluna görə verilir.

O qeyd edib ki, onunla Azərbaycan rəhbərliyi arasında dostluq münasibətləri mövcuddur və Artur Rasizadənin bunda böyük əməyi var.

O qeyd edib ki, bunu deyərkən indiki və keçmiş prezidentlərlə şəxsi münasibətlərdən tutumuş, xalqlar və dövlətlərarası münasibətlərin inkişafını nəzərdə tutur.