Sabaha hava proqnozu

Foto arxiv

İyulun 24-də Bakı və Abşeron yarmadasında hava yağmursuz olacaq.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

Çimərliklərdə suyunun istiliyi 24-26 dərəcə olacaq.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, amma bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.