Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik" - "Qarabağ" görüşünün dəqiq vaxtı müəyyənləşdirilib.
Qlazqo şəhərində keçiriləcək oyun iyulun 29-u Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, “Qarabağ” iyulun 22-də səfərdə Monteneqronun “Rudar” klubunu 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçib.
Bakıda keçirilən ilk görüşdə isə hesab açılmamışdı.