AZAL: "WizzAir"ə qadağa qoyulmayıb"

AZerbaijan -- Azerbaijan Airlines (AZAL)

AZerbaijan -- Azerbaijan Airlines (AZAL)

“Macarıstanın "WizzAir" aviaşirkətinə heç bir qadağa qoyulmayıb”.

“APA-nın məlumatına görə, bunu iyulun 22-də keçirilən mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov deyib.

Onun sözlərinə görə, "WizzAir" hava şirkəti ona göstərilən xidmətlərin pulunu ödəməyib:

“ "WizzAir" in uçuşlarına qadağa qoyulmayıb. Sadəcə bu şirkət aldığı xidmətlərin pulunu ödəməyib və qış mövsümündə uçuşlar həyata keçirmək istəmir. Amma biz onlardan uçuşların ilboyu həyata keçirilməsini tələb edirik. Şirkət isə yalnız yay mövsümündə fəaliyyət göstərmək istəyir”, - deyə vitse-prezident bildirib.

Arif Məmmədov qeyd edib ki, "WizzAir" hazırda onların verdiyi təkliflər üzərində düşünür.