“Sağ sektor”un referendum təklifi keçmədi

Petro Poroshenko

Ukraynanın hakim koalisiyası millətçi təşkilat “Sağ sektor” un referendum keçirmək təklifini rədd edib.

Bunu iyulun 22-də Kiyevdə jurnalistlərə “Petro Poroshenko bloku” fraksiyanın lideri Yuri Lytsenko deyib. O referenduma ehtiyac olmadığını bildirib.

“Sağ sektor”un lideri Dimitry Yarosh iyulun 21-də hərəkatın hökumətə etimadsızlıq və təşkilatın leqallaşdırılması da daxil olmaqla bir sıra məsələlərlə bağlı ölkədə referendum keçirilməsini tələb edəcəyini bəyan eləmişdi.