Moldovada qərb yönümlü partiyalar koalision hökumət yaratmaq razılığına gəliblər.
Demokrat, Liberal-Demokrat və Liberal Partiyaları iyulun 22- də belə bir razılıq əldə olunduğunu bəyan ediblər.
Liberal-Demokrat partiyasının lideri Mihai Ghimpu bunun Moldova və onun Qərb tərəfdaşları üçün yaxşı əlamət olduğunu deyib.
Partiyalar iyulun 22-də kabinet üzvləri və digər siyasi postları müzakirə ediblər.
Baş nazir Chiril Gaburici bu ilin iyununda məktəb və universitet dərəcəsi üstündəki qalmaqala görə, istefa verib.
Moldovada parlament seçkiləri 2014-cü ilin noyabrında keçirilib.
Amma qərbpərəst partiyalar bir araya gələ bilmirdilər və hökumət kommunistlərin dəstəyinə söykəndi.