Sibirdə avtobus qəzasında 11 nəfər ölüb

Arxiv fotosu

-

Sibirin şərqində Krasnoyarsk regionunda avtobus yük maşınıyla toqquşub, azı 11 nəfər həlak olub, 22 nəfər də xəsarət alıb.

Regionun Daxili İşlər Nazirliyinin sözçüsü Vladimir Yurchenko iyulun 22-də deyib ki, Krasnoyarska gedən avtobusda 50 sərnişin varmış.

Hadisə M-53 "Baikal" federal magistralında baş verib. Qəza yerinə vertolyot göndərilib.

Yaralılar xəstəxanalara daşınır.