Donald Tusk Bakıdadır

Donald Tusk Tbilisidə, 20 iyul, 2015-ci il

-

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbəri Azərtac yayıb.

***

İyulun 22-də Donald Tusk-un qarşılanma mərasimi olub. Qonağı Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Rəsmi qarşılanma mərasiminin ardınca prezidentlər arasında geniş tərkibli görüş başlayıb.