İyulun 21-də "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. İclasda biletlərin mövcud qiymətinin azaldılması ilə bağlı təkliflər dinlənilib və yeni tarif siyasətinin tətbiqi barədə qərar qəbul edilib.
Belə ki, bu il avqustun 1-dən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq.
Bu tarif üzrə satılan biletlər yerlərin 30 faizinə aid olacaq.
Amma sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.