Javad Zarif nüvə sazişini dəstəkləyib

Mohammad Javad Zarif

İranın xarici işlər naziri Javad Zarif parlamentdə çıxış edərkən dünya ölkələri ilə bağlı balanslı nüvə sazişi əldə olunduğunu deyib.

“Biz demirik ki, bu saziş İranın tam xeyrinədir. İstənilən danışıqda nəyi isə verib, nəyi isə alırsan”.

İyulun 14-də Vyanada əldə edilmiş sazişdə İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beyməlxalq sanksiyaların tədricən aradan qaldırılması nəzərdə tutulur.

Hələlik bu sazişin İran parlamentində səsə qoyulacağı bəlli deyil.

Ölkənin ali dini lideri Ayatollah Ali Khamenei bildirib ki, ölkənin milli maraqlarının qorunması baxımından sənəd hərtərəfli analiz edilməlidir.