Müstəqil türk teatr qrupu Edinburq festivalında

"Hayal Perdesi" türk müstəqil teatr qrupu tamaşa zamanı

- Kiçik teatrlar üçün böyük səhnə

Türkiyənin “Hayal Perdesi” kiçik, müstəqil teatr qrupu hər ilin avqust ayında keçirilən məşhur Edinburq Festivalında çıxış etməyə hazırlaşır.

Bu, o səhnəyə gedib çıxan ilk türk teatıdır.

Qrup 2014-cü ildə yaranıb, ilk tamaşasını 19-cu İstanbul Teatr Festivalında göstərib; Boris Vian’ın “İmperiya qurucuları” (1957) pyesini.

İndi isə budur, dünyanın 69 yaşlı, ən önəmli festivallarından birinə gedir.

Festivalda bütün dünyadan olan kiçik, müstəqil teatr qrupları iştirak edəcəklər.

“Hayal Perdesi” Edinburq Festivalına qatılmaqdan ötrü festivalın təşkilatçılarına məktub yazandan sonra səfər və qalmaq xərcləri üçün Türkiyənin Edinburqdakı konsulu Semih Turgut’a məktub yazıb.

“Ondan sonra biz gözlədiyimizdən də böyük dəstək aldıq. Festivala səfərimizi Türk Hava Yolları, Türkiyədəki Western Union, TRYAD və istanbuldasanat.org dəstəklədi”- qrup bu məlumatları ingilisdilli türk mətbuatına verib.

Müstəqil teatr Edinburqda da “İmperiya qurucuları” tamaşasını göstərəcək. Bu tamaşanı dünyanın müxtəlif ölkələrində cürbəcür rejissorlar səhnələşdiriblər.

Pyesdəki Schumurz xarakteri adətən qorxulu, səfil kişi kimi göstərilir. Türk versiyasında isə Schumurz ağ paltarlı qadındır, qorxuludan daha çox, zavallıdır. Onların sözügedən tamaşasına burada baxmaq olar.