Liftdən 5 nəfər xilas edilib

-

İyulun 20-də axşam saatlarında Bakıda liftdə qalan 5 nəfər təhlükəsiz şəkildə çıxarılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, olay Nəsimi rayonunda yaşayış binasının liftində baş verib. 5 nəfər köməksiz vəziyyətdə liftdə qaldığından FHN-nə müraciət edilib, -məlumatda deyilir.

Qurum liftdə qalanların təhlükəsiz şəkildə çıxarıldığını bildirir.