“Sanksiyasonrası təsir 6 aya bilinəcək”

John Kerry

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, İrana qarşı Qərbin sanksiyaları altı ay ərzində qaldırıla bilər. Kerry Amerikanın səsinə eksklüziv müsahibə verib.

“İranın və Beynəlxalq Atom Enerjisi Agentliyinin etməli olduğu müəyyən şeylər var. Sanksiyaların qaldırılması üçün bütün məsələlər həll olunmalıdır,” Kerry iyulun 20-də Amerikanın Səsi-nin fars xidmətinə deyib.

“Beləliklə hardasa altı aydan sonraya baxırıq – ancaq dəqiq demək çətindir; bu, nə baş verəcəyindən asılıdır. Məncə həmin vaxtdan qabaq təsir elə də hiss olunmayacaq”.

Sanksiyalar qaldırılanadək bir sıra prosedurlar həyata keçməlidir. 60 gün ərzində ABŞ Konqresi ratifikasiya etməsə, Prezident Barack Obama ilə uzunmüddətli veto müharibəsi başlana bilər.

Kerry deyib ki, “məncə, sentyabr vacib məqamdır. Onda adamlar bu sazişin yerinə yetirilib-yetirilməyəcəyini biləcəklər”.