-
Qırğızıstanda keçmiş deputat İslam Dövləti (İD) qruplaşması yaraqlılarına silah verməkdə şübhəli bilinərək saxlanıb. O, ölkədən çıxmağa çalışırmış.
İyulun 20-də Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi (UKMK) yaydığı bəyanatda bildirib ki, “Ak Jol partiyasını parlamentdə təmsil edən cənab K.M.K. səhər saat 4-də Bişkək beynəlxalq aeroportunda saxlanıb”.
Komitədəki mənbələrin AzadlıqRadiosuna bildirdiyinə görə, K.M.K. Maksat Kunakunov-un (Kunakunov Maksat Kasymjan-Uulu) adının baş hərfləridir.
Onun 2007-2010-cu illərdə parlamentdə təmsil etdiyi Ak Jol partiyasını keçmiş prezident Kurmanbek Bakiev yaratmışdı, hakim partiya idi. 2010-cu ildə Bakiev hökuməti devrilib.
UKMK bildirir ki, K.M.K. İD üzvlərinə maddi dəstək göstərməkdə, onlara azı iki Kalashnikov avtomatı verməkdə şübhəli sayılır. Ötən həftə Bişkəkdə antiterror əməliyyatı keçirilib.