İdmançı akulanın hücumunu dəf edib

Mick Fanning

“Surfer” üzrə dördqat dünya çempionu Cənubi Afrika sahillərində yarış vaxtı akulanın hücumunu dəf edib.

Milli televiziya baş verənləri canlı yayımlayıb.

Mick Fanning akulanın hücumundan ayağındakı lövhə ilə qorunub.

Amma dalğa böyük olduğundan bunu dəqiq görmək mümkün olmayıb və bir neçə saniyədən sonra idmançı yenidən görünüb.

Cəld hadisə yerinə gedən xilasedicilər idmançını sahilə çıxarıblar.

Fanningin sözlərinə görə, o akulaya toxunduğunu hiss edib və bir neçə saniyə sonra onun yenidən yaxınlaşdığını görüb.

İdmançı öncə üzüb qaçmaq istəyib, amma fikrini dəyişib və lövhədəni götürərək hücum edən akulanı vurub.

Bundan sonra yarış dayandırılıb.