Araba aşıb, arabaçı ölüb

Foto illüstrasiya

-
İyulun 16-da Samux rayonunda arabaçı ölüb.

Seyidlər kəndində kənd sakini Taleh Ağayev at arabasında gedərkən araba aşıb.

T.Ağayev hadisə yerində ölüb.

Xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.