Almaniya parlamenti Afinanı dəstəklədi

Foto arxiv

Almaniya parlamenti iyulun 17-də böyük səs çoxluğu ilə Yunanıstana xilas paketi ilə bağlı danışıqlara başlanmasını dəstəkləyib.

Söhbət 86 milyard avroluq yeni kreditdən gedir.

Avropa Mərkəzi Bankı iyulun 16-da Yunanıstan banklarının daha çox vəsait buraxmasına icazə verib.

Bundan Başqa Yunanıstana yeni xilas paketinədək 7 milyard avro ayrılıb.

Yunanıstan parlamenti bu günlərdə ondan tələb olunan kəskin iqtisadi islahatlar planını qəbul etdikdən sonra avrozona ölkələrinin maliyyə nazirləri Afinaya yardımla bağlı danışıqları davam etdirmək razılığına gəliblər.