İyulun 17-də futbol üzrə Avropa Çempionlar Liqası III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
UEFA-nın saytında yerləşdirilən məlumata görə, Azərbaycanın "Qarabağ" klubununnövbəti mərhələdəki mümkün rəqibi"Seltik" (Şotlandiya) -"Styarnan" (İslandiya) cütünün qalibi olacaq.
Bu komandalar arasında keçirilən ilk oyunda Seltik 2:0 hesabı ilə qalib gəlib.
Amma Qarabağ bunun üçün ilk oyunda Bakıda heçheçə (0:0) oynadığı Monteneqronun "Rudar" klubunu keçməlidir.
Türkiyənin “Fənərbaxça” klubu isə bu mərhələdə Ukraynanın “Şaxtyor” klubu ilə üzləşəcək.