Yəmən rəsmisi Adenin tam alındığını deyir

Foto arxiv

Mühacirətdə olan Yəmən hökumətinin vitse-prezidenti Khaled Bahah 4 aylıq mübarizədən sonra liman şəhəri Adenin tam azad edildiyini bəyan edib.

O bunu iyulun 17-də Facebook səhifəsində yazıb.

Şəhərə hücum 4 gün bundan əvvəl başlamışdı.

Sakinlər və yerli döyüşçülər ara-sıra kiçik toqquşmalar olduğunu xəbər verirlər.

Aden paytaxt Sanaadan sonra ikinci böyük şəhərdir.

Şiələrdən ibarət Huti birləşmələri şəhəri bu ilin martında ələ keçirmişdilər və bundan sonra prezident Mansur Hadi Səudiyyə Ərəbistanına qaçmalı oldu.

Mühacirətdə olan hökumətin bəzi rəsmiləri iyulun 16-da Adenə dönüb.

Ərəb ölkələri İranı Huti birləşmələrini dəstəkləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.