“Talibanla danışıqlar Əfqanıstanda sülhün yeganə yoludur”.
Bunu Əfqanıstan prezidenti Ashraf Ghani iyulun 17-də Ramazan bayramı ilə bağlı çıxışında deyib.
O qeyd edib ki, Əfqanıstan xalqı ölkədə qan tökülməsinə son qoyulmasını istəyir.
O həmçinin Talibanın dini lideri Molla Mohammad Omarın sülh danışıqlarını qəbul etməsini alqışlayıb.
Molla Mohammad Omar iyulun 15-də Əfqanıstan hökuməti ilə aparılan danışıqların qanuni olduğunu bildirib və qeyd edib ki, məqsəd xarici işğalçılığa son qoymaqdır.
Əfqanıstan hökuməti ilə Taliban arasında İlk görüş iyulun 7-də Pakistanda keçirilib.