İyulun 17-də futbol üzrə Avropa Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi olacaq.
UEFA-nın saytında səpələnmiş və səpələnməmiş qrupundakı komandalar qruplara bölünüb.
Azərbaycanın "Qarabağ"klubuikinci təsnifat mərhələsində Monteneqronun "Rudar" komandasını keçə bilsə, aşağıdakı komandalardan biri ilə görüşəcək.
"Bazel" (İsveçrə)
"Trençin" (Slovakiya) - "Styaua" (Buxarest, Rumıniya) cütünün qalibi
"Seltic" (Şotlandiya) - "Styarnan" (İslandiya) cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova) cütünün qalibi
"Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan) cütünün qalibi.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.