Bişkəkdə 6 şübhəli terrorçu öldürülüb

Antiterror əməliyyatı, 16 iyul, 2015-ci il

-

Qırğız təhlükəsizlik qüvvələri iyulun 16-da ölkə paytaxtında iki ayrı-ayrı atışmada altı şübhəli terrorçunu öldürüb, beş nəfəri saxlayıb.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (UKMK) məlumatına görə, öldürülən və saxlananlar beynəlxalq terrorçu qrupun üzvləridir.

Alpha xüsusi polis briqadasının üzvləri Bişkəkin cənubunda bir evə basqın ediblər. Polis şübhəlilərin təslim olmadığını, atəş açdığını deyir.

Bir saat çəkən əməliyyatda 4 zabit yaralanıb. Dinc sakinlər arasında itki yoxdur. Əməliyyatın doğurduğu yanğını söndürmək üçün iki yanğınsöndürmə briqadası gəlib. Azı 20 partlayışın baş verdiyi bildirilir. Şahidlər eləcə də “Allahu Əkbər” səsləri eşitdiklərini deyirlər.

Dövlət Komitəsinin sözçüsü Rakhat Sulaimanov silahlıların “terror hücumu” hazırladığını bildirir. Reuters polisə istinadən xəbər verir ki, hadisə zamanı şəhər kənarında daha iki hücumçu öldürülüb.