Yəmən rəsmiləri ölkəyə dönür

Foto arxiv

Yəməndə üsyançı Huti birləşmələrinin liman şəhəri Adenin əksər hissəsindən çıxarılmasından sonra mühacirətdə olan hökumət rəsmiləri şəhər dönüblər.

Məlumatlara görə hökumət üzvləri iyulun 16-da helikopterlərlə şəhərin ətrafındakı hərbi bazaya düşüblər.

Səudiyyə Ərəbistanında olan mühacir hökumətin mətbuat xidməti Adenin 90 faizinin hazırda hökumət qüvvələrinin nəzarətində olduğunu xəbər verir.

Bu şəhər böyüklüyünüə görə paytaxt Sanaadan sonra ikincidir.

Ərəb ölkələri İranı əsasən şiələrdən ibarətolan Huti birləşmələrini dəstəkləməkdə ittiham edir.

Amma Tehran ittihamı rədd edir.

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri vaxtaşırı yaraqlıların mövqelərini bombalayır.