Bişkekdə atışma olub, ölənlər var

Foto arxiv

Bişkekdə hüquq-mühavizə qüvvələri ilə naməlum silahlı qrup arasında atışma olub.

Polis əməkdaşının AzadlıqRadiosunun qırğız xidmətinə verdiyi məlumata görə, xüsusi təyinatlı polis qüvvələrinin şəhərin mərkəzində apardığı əməliyyat zamanı 4 yaraqlı öldürülüb.

Onların naməlum terrorçu qrupun üzvləri olduğu bildirilir.

Həmçinin 1 polis zabiti yaralanıb.

Mülki sakinlər arasında ölən və ya xəsarət alan olmayıb.