Ermənistan parlament respublikası ola bilər

Foto arxiv

Ermənistanın konstitusiya islahatları ilə bağlı xüsusi komissiyası iyulun 16-da yeni konstitusiya layihəsinin ilkin variantını açıqlayıb.

Sənəd qəbul edilsə Ermənistan parlament respublikası olacaq və xalqın təmsilçi orqanı Milli məclis olacaq.

Layihəyə görə milli məclis 5 illiyə seçiləcək.

Prezident isə ümummilli seçkilərlə yox, deputatlar və məmurlardan ibarət xüsusi seçicilər tərəfindən seçiləcək.

Layihəyə görə prezidentlik müddəti 7 ildir və həmin şəxs təkrar seçilə bilməz.

Hazırda Ermənistanda prezidentlik müddəti 5 ildir.

Layihəyə görə prezident dövlət başçısıdır və konstitusiyaya o nəzarət edir.

Daxili və xarici siyasət də daxil olmaqla icraçı orqanlar isə baş nazirin nəzarətinə keçir.

Baş naziri parlamentirəli sürəcək və sonda onu prezident təsdiqləyəcək.

Müharibə şəraitində isə silahlı qüvvələrin baş komandanı baş nazir olacaq.

Amma baş qərargah rəisini baş nazirin təklifi ilə prezident təyin edir.

Dəyişikliklər ilin sonunadək referenduma çıxarılmalıdır.

Ermənistanda növbəti parlament seçkisi 2017, prezident seçkisi isə 2018-ci ilə təyin edilib.