Cəbhə boyu uçuşlar keçirilir

Foto arxiv

Azərbaycanın Hərbi Hava Qüvvələri cəbhəboyu uçuşlar keçirir.

Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə və helikopterlərin uçuşları döyüş hazırlığı planına əsasən keçirilir.

Təlimlərdə düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqə üzrə tapşırıqları məşq etdirilir.