Suriya döyüşlərində iştiraka görə 13 il aldı

Foto arxiv

Suriya döyüşlərində iştiraka görə, daha bir nəfərə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi İyulun 15-də Ramil Aslanovu 13 il azadlıqdan məhrum edib.

Ramil Aslanov Suriya döyüşlərində iştirakda ittiham olunurdu.

O, Bakıya dönərkən həbs olunub.