Azərbaycan Kredit Bankı bağlandı

Mərkəzi bank

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti iyulun 10-da“Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasını ləğv edilib.

Mərkəzi Bankdan "APA-ya verilən məlumata görə, bu bankın məcmu kapitalın minimal həddinə əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini və Mərkəzi Bankın yazılı göstərişlərini yerinə yetirməməsi ilə bağlıdır.

Lisenziyanın ləğvi barədə qərar iyulun 16-da qüvvəyə minəcək.

Mərkəzi Bank bildirib ki, əhalinin “Azərbaycan Kredit Bankı”ndakə əmanətlərinə heç bir təhlükə yoxdur və onların tam qaytarılması üçün bankda yetərincə vəsait var.

Hazırda bank əhalinin əmanətlərini geri qaytarır.