İranla razılaşmaya reaksiyalar gəlir

Barack Obama

ABŞ prezidenti Barack Obama bildirib ki, İranla razılaşmanın reallaşmasına qarşı yönələn istənilən qanunvericiliyə veto qoyacaq.

O bildirib ki, bu razılaşma yeni istiqamətə yol açır və biz bundan istifadə etməliyik.

Obama bildirib ki, bu razılaşmadan qaçmaq məsuliyyətsizlik olardı.

O bunu iyulun 14-də İranla 6 dünya ölkəsi arasında Vyanada əldə edilmiş razılaşmaya münasibət bildirərkən deyib.

Prezident həmçinin qeyd edib ki, biz bununla Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını aldıq.

Ranın yaxın müttəfiqlərindən olan Rusiya prezidenti Vladimir Putin isə bunun Yaxın Şərqdə terrorçuluqla mübarizəyə kömək edəcəyini bildirib.

Putin həmçinin qeyd edib ki, bu razılaşma İranla Moskva arasındakı mülki nüvə əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edəcək.

Fransanın xarici işlər naziri Laurent Fabius isə tərəflərin Vyana görüşünda kifayət qədər etibarlı razılaşma əldə etdiklərini deyib.

İranın xarici işlər naziri Javad Zarif isə bundan əvvəl bu razılaşmanı tarixi qərar adlandırıb.