Obama veto qoyacağını deyir

Barack Obama

ABŞ prezidenti Barack Obama bildirib ki, İranla razılaşmanın reallaşmasına qarşı yönələn istənilən qanunvericiliyə veto qoyacaq.

O bildirib ki, bu razılaşma yeni istiqamətə yol açır və biz bundan istifadə etməliyik. Obama bildirib ki, bu razılaşmadan qaçmaq məsuliyyətsizlik olardı.

O bunu İranla 6 dünya ölkəsi arasında Vyanada əldə edilmiş razılaşmaya münasibət bildirərkən deyib.

Prezident həmçinin qeyd edib ki, biz bununla Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını aldıq.