Türkiyədə taciklər saxlanıb

Rusiyada tacik miqrantlar

-

Türkiyədə 45 əcnəbi saxlanıb. Onların qanunsuz olaraq İslam Dövlət silahlı qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdiyi iddia olunur.

Türkiyənin Dogan xəbər agentliyinin məlumatına görə, qadınlar və uşaqlar daxil olaq qrup İstanbulda və cənubşərqi Gaziantepdə iyulun 10-12-də saxlanıb. Əcnəbilərin çoxunun tacik olduğu bildirilir, ancaq dəqiq rəqəm açıqlanmır.

Ankaradakı Tacikistan səfirliyi və Düşənbədəki rəsmilər iyulun 13-də AzadlıqRadiosuna deyiblər ki, bu həbslər barədə rəsmi məlumat almayıblar.

İndiyədək 300-dək tacikin Suriyada İD yaraqlılarına qoşulduğu bildirilir. Bəziləri ailələri ilə birlikdə gedib. Rəsmilər silahlıların çoxunun Rusiyada radikallaşdırıldığını bildirir. 1.2 milyon tacik miqrant Rusiyada mövsümi işlərdə çalışır.