Macarıstan sərhəddini hasarlayır

Foto arxiv

Macarıstan Serbiya ilə cənub sərhəddinin ilk hissəsiniə hasar çəkməyə başlayıb.

Associated Press agentliyinin məlumatına görə, bunu iyulun 13-də Macarıstan hökuməti bəyan edib.

Tikinti işlərini hərbçilər aparır.

Macarıstanla Serbiya arasındakı sərhəddin uzunluğu 175 kilometrdir.

Hasarın hündürlüyü təxminən 4 metr olacaq.

Məqsəd qaçqın axınının qarşısını almaqdır.

Ölkənin xarici işlər nazirliyi hər gün ölkəyə qanunsuz yollarla təxminən 1000 qaçqın gəldiyini bildirir.

Amma hökumətin sözçüsü bunun müvəqqəti xarakter daşıdığını deyir.

Təkcə bu il Macarıstana 80 minə yaxın qaçqın keçib.Onların əksəriyyəti SuriyaŞ İraq və Əfqanıstandandır.