Xəzərdə 3 balıqçı xilas edilib

Foto arxiv

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə xidməti Xəzərdə köməksiz qalmış 3 balıqçını xilas edib.

Xidmətin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə,“Kələdəhnə” sahil nəzarət məntəqəsinə mühərrikində nasazlıq yaranmış balıqçı qayığı barədə məlumat daxil olub.

Xilasetmə tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakinləri Feyruz Dadaşov, Şəhriyar Süleymanzadə və Emin Dadaşov xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.