İraq ABŞ-dan F-16 təyyarələri alıb

Foto arxiv

İraq hökuməti iyulun 13-də ABŞ-dan ilk F-16 qırıcı təyyarələr alıb.

Bağdadın şimalındakı Balad hava bazasına 4 belə təyyarə enib.

İraqın müdafiə nazirliyi bəyan edib ki, məqsəd İraq ordusunun imkanlarını artırmaqdır.

İraq Birləşmiş Ştatlara 36 təyyarə sifariş edib.

Müqavilənin ümumi dəyəri 65 milyon dollardır.

Amma təyyarələrin göndərilməsi, İslam Dövləti yaraqlılarının ötən ölkənin böyük ərazilərini ələ keçirməsindən sonra təhlükəsizlik baxımından dayandırılmışdı.

İraq ordusu iyulun 13-də Anbar vilayətini geri almaq üçün İslam Dövləti qrupuna qarşı iri miqyaslı hücuma başlayıb.