İD təzə audio yaydı

Əfqan təhlükəsizlik işçiləri bir binanın başında, 7 iyul, 2015-ci il

-

İslam Dövləti silahlı qruplaşması iyulun 13-də təzə audio yayıb. Audiodakı səsin Əfqanıstan liderinə məxsus olduğu iddia edilir. Həmin liderin isə 3 gün öncə ABŞ pilotsuz qurğusunun zərbəsindən həlak olması barədə məlumatlar var.

Hafez Saeed-ə məxsus olduğu deyilən audio İD-nin vebsaytında yerləşdirilib. Hələlik audionun həqiqiliyini yoxlamaq mümkün olmayıb.

Pakistanlı Saeed-in iyulun 10-da Əfqanıstanın şərqi Nangarhar vilayətində öldürüldüyü bildirilirdi.

Saeed 2014-cü ildə Talibandan İD-ə keçib.

Son aylar ərzində İD silahlıları Nangarhar vilayətinin bir neçə rayonunda əfqan talibanı ilə savaşır.