Yelena Şabovta və İnessa Qorxmaz beynəlxalq karyerasını başa vurub

Yaponiyada keçirilən Dünya Çempionatını 13-cü yerdə bitirən Azərbaycan voleybol yığmasının üzvləri Yelena Şabovta və İnessa Qorxmaz beynəlxalq karyerasını başa vurub. Yığmanın baş məşqçisi Faiq Qarayevin fikrincə, onları əvəz etmək çətin olacaq.


Cənab Qarayev hələ ötən il keçirilən Avropa Çempionatından sonra Qorxmazla Şabovtanın xidmətindən imtina etsə də, sonradan onları komandaya qaytarmağa məcbur olmuşdu.