Bakda Avropa Oyunları paradı olacaq

-

İyulun 12-də saat 19:00-da Neftçilər prospektində "Parad Bakı-2015" tədbiri keçiriləcək. Tədbir Avropa Oyunları ilə bağlıdır.

Tədbirdə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri, idmançılar, on mindən artıq könüllülərdən ibarət, ümumilikdə 15 minə yaxın adam iştirak edəcək.

Bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir ki, parad Dövlət Bayraq Meydanından Azadlıq meydanı istiqamətində keçiriləcək. Dənizkənarı Milli Parkda konsert proqramı təşkil ediləcək. Buna görə Bakı-Salyan şossesinin 14-cü kilometrindən, Bayıl qəsəbəsindən, 20-ci sahə dairəsindən, eyni zamanda Yusif Səfərov və 28 may, Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişmələrindən avtomobillərin istiqaməti dəyişdirilir.

Tədbirdə və konsert proqramında iştirak etmək istəyən sürücülərdən və şəhər sakinlərindən hərəkətin rahat və fasiləsiz təmin olunması, hərəkətdə sıxlıq yaranmaması məqsədləri ilə içtimai nəqliyyat vasitələrindən istifadə olunması xahiş edilir.