Hüquq müdafiəçisi Rəsul Cəfərovun apelyasiya şikayətinə iyulun 21-də baxılacaq.
Bunu Turana vəkil Fariz Namazlı bildirib.
Müdafiə tərəfi qismən təkrar istintaq aparılması, həbs qətimkan tədbirinin dəyişdirilməsi və Rəsul Cəfərovun azad edilməsi barədə vəsatət qaldırmaq fikrindədir.
Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Bu il aprelin 16-da qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmə ittihamları ilə 6 il yarım azadlıqdan məhrum edilib.
O ittihamları rədd edir.
Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib.