ATƏT-in Minsk qrupunun həmsədrləri James Warlick , Pierre Andrieu və İgor Popovun regiona səfərinin vaxtı açıqlanıb.
APA-nın xarici işlər naziri Elmar Məmmədyarova istinadla verdiyi məlumata görə,həmsədrlər iyulun 20-də Ermənistanda, 21-də isə Azərbaycanda olacaqlar.
Səfərdə məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.