İD-nin Əfqanıstandakı lideri öldürülüb

Shahidullah Shahid

Pakitan taliblərinin keçmiş sözçüsü Mawlawi Shahidullah Shahid iyulun 7-də Nangarhar əyalətində keçirilən hava reydində ölüb.

Bu barədə Əfqanıstan Milli Təhlükəsialik İdarəsi məlumat yayıb.

Shahid 2014-cü ilin oktyabrında İslam Dövləti qrupuna loyal olduğnu bəyan etdikdən sonra Talibanın mətbuat katibliyindən çıxarılıb.

Bundan sonra o İslam Dövləti qrupunun Xorasan vilayətindəki quruplaşmasının lideri olub.

Bu vilayət Əfqanıstan, Pakistan və digər qonşu ölkələrin ərazilərini əhatə edir.

Rəsmilərin sözlərinə görə hava zərbələri zamanı İslam Dövləti qrupunun Əfqanıstandakı komandirlərindən biri Gul Zamn Fateh və köməkçisi

Jahadyar da ölüb.