Leyla və Arif Yunusun məhkəməsi başlayır

Leyla və Arif Yunus

Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi iyulun 13-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə Əfqan Hacıyev sədrlik edəcək.

Bu barədə Turana vəkil Elçin Qəmbərov məlumat verib.

Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus iyulun 30-da Arif Yunus isə avqustun 5-də həbs olunub.

Onlar ittihamları rədd edir və həbslərinin fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

Amnesty İnternational təşkilatıonları vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə dəfələrlə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını bildirib.