Xızıda 15 gün əvvəl itkin düşən həkimin meyiti tapılıb.
Xızı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yanmış cəsədi rayonun Yeni Yaşma qəsəbəsində aşkar edilib.
İlkin baxış zamanı onun qətlə yetirildiyi bəlli olub.
Polisin məlumatına görə, Natavan Əliyevanın iyunun 25-dən 26-na keçən gecə Bakının Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olub.
Natavan Əliyeva Bakıdakı xəstəxanalardan birində həkim işləyib, 3 övladı var.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma gedir.