Bir neçə çimərliyə qadağa qoyulub

Foto arxiv

Abşeronun bir sıra çimərliklərində çimmək qadağan olunub.

Fövqəladə Hallar Nazirliyi Şüvəlan qəsəbəsindəki çimərlikdə çimməyi qadağan edib.

Bununla bağlı çimərlikdə mühafizə məntəqəsi qurulub və çimərliyə getmək istəyənlər buraxılmır.

Qadağa səbəb suyun çirklənməsi və infeksiya təhlükəsidir.

Bir müddət əvvəl “Şıxov” və “Sahil” çimərliklərində də eyni səbəblərdən qadağa tətbiq edilib.

Çirklənməyə səbəb çirkab sular, müəssisə tullantılarının dənizə atılması və neft məhsullarının çox olmasıdır.