Hindistan Qazaxıstandan 5000 ton uran alır

Narendra Modi

Hindistan Qazaxıstandan 5000 ton uran alacaq.

İyulun 8-də Astanada belə bir müqavilə imzalanıb.

Hindistanın baş naziri Narendra Modi və Qazaxıstan prezidenti Nursultan Nazarbaev mətbuat konfransında bildiriblər ki, bu energetika sahəsində əməkdaşlığın inkişafından xəbər verir.

Dünyada aparıcı uran istehsalçısı olan Qazaxıstan 2010-2014-cü illərdə Hindistana 2100 ton uran satıb.

Hindistanın baş naziri Modi BRİCS ölkələrinin Ufa sammitinə qatılmaq üçün Astanadan Rusiyaya yollanıb.