Ermənistanın pilotsuz aparatı məhv edilib

Foto arxiv

Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz aparatı məhv edilib

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, insident cəbhənin Füzuli rayonu istiqamətində baş verib.

Azərbaycan ordusu Silahlı Qüvvələrin mövqeləri üzərində uçuş keçirmək istəyən Ermənistan ordusuna məxsus DJI Inspire1 (Quadcopter) tipli pilotsuz aparatı atəşlə məhv edib.