ABŞ Rusiya təyyarələrini yaxalayıb

Foto arxiv

ABŞ-ın qırıcı təyyarələri Rusiyanın 2 cüt TU-95 bpmbardmançı təyyarəsini yaxalayıb.

İnsident Alyaska və Kaliforniya rayonunda baş verib.

Bu barədə bazar ertəsi ABŞ-ın kütləvi informasiya vasitələri Şimali Amerika hava-kosmik müdafiə komandanlığının nümayəndələrinə istinadla məlumat yayıblar.

Məlumatlara görə insident iyulun 4-də, ABŞ müstəqillik gününü qeyd edərkən baş verib.

ABC televiziyasının məlumatına görə birinci təyyarə yerli vaxtla saat 10:30 radələrində baş verib.

Təxminən yarım saat sonra isə Kaliforniya sahillərində daha 2 Rusiya təyyarəsi yaxalanıb.

Hər iki halda Rusiya təyyarələri ABŞ-ın hava məkanına girməyib.

Onların ABŞ-ın hava hüdudlarından hansı məsafədə yaxalanması və təyyarələrdə bomba olub-olmaması barədə məlumat verilmir.

Foxnew televiziyası ABŞ komandanlığına istinadla bu cür insidentlərin əvvəllər də baş verdiyini və ABŞ-ın bu cür halların qarşısını almağa hazır olduğunuxəbər verir.