ABŞ-da Qarabağ problemi müzakirə olunub

James Warlick

“ATƏT-in Minsk qrupu həmsədrləri ilə Vaşinqtonda keçirilən görüşdə ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllindəRusiya və Fransa ilə işləməyə hazır olduğunu təsdiqlədi”.

Bunu Minsk qrupunun amerikalı həmsədri James Warlick özünün Twitter səhifəsində yazıb.

James Warlick iyulun 6-da həmsədrlərin Dövlət Departamenti, Müdafiə nazirliyi və Milli təhlükəsizlik şurasında Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklərini yazmışdı.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.