Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyaya rəsmi səfərə yollanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Xorvatiya xarici işlər nazirliyində bir sıra görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli əlaqələr, əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılacaq.